EN

Əsəd bu prezidentlərdən də sığınacaq istəyibmiş, amma...

Suriya prezidenti Bəşər Əsəd ölkəni tərk etməzdən əvvəl Misir, İordaniya və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) liderlərindən kömək istəyib.

Musavat.com xəbər veir ki, bu barədə “The Economist” jurnalı mənbələrə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Əsəd silahlı Suriya müxalifətinin bir hissəsi olan Heyət Təhrir əş-Şam kimi islamçı qruplara qarşı “güclü düşmənçiliyi ilə tanınan” BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyana şəxsən müraciət edib. Bundan əlavə, o, Misir, İordaniya və digər ölkələrin rəhbərlərindən kömək istəyib.

Qeyd olunur ki, Əsədin həmsöhbətlərindən heç biri ona hakimiyyəti saxlamağa kömək etmək istəməyib.

"O, hər kəsə döyüşmək istədiyini deyir. Problem ondadır ki, heç kim onun üçün döyüşmək istəmir", - suriyalı mənbə jurnala deyib.

Xatırladaq ki, noyabrın 27-də müxalif silahlı qruplaşmaların üzvləri Hələb və İdlib əyalətlərində hökumət mövqelərinə qarşı genişmiqyaslı hücuma başlayıb.

Dekabrın 7-də axşam saatlarında Suriya prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçiriblər. Dekabrın 8-i səhər onlar Dəməşqə daxil olublar, bundan sonra ordu hissələri şəhəri tərk edib.

Qeyd edək ki, Kremldəki mənbənin TASS-a verdiyi məlumata görə, Suriyanın keçmiş prezidenti Bəşər Əsəd ailəsi ilə birə Moskvadadır və Rusiyadan sığınacaq alıb.

Şahanə Rəhimli
Musavat.com

Chosen
22
11
musavat.com

10Sources