EN

​Bəşər Əsəd və ailəsinin yeri barədə yeni iddia

Bəşər Əsəd və ailə üzvləri hazırda Moskvadadır.
Metbuat.az xəbər verir ki, bu barədə TASS-a Kremldəki mənbə bildirib.Mənbə qeyd edib ki, Rusiya Əsədə sığınacaq verib.Qeyd olunur ki, Suriya silahlı müxalifətinin liderləri Rusiya hərbi bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə zəmanət verib.

Xatırladaq ki, noyabrın 27-də Suriya müxalifət silahlı birləşmələri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında Suriya prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçiriblər. Ayın 8-də səhər saatlarında onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər. Bəşər Əsədin vəzifəsini və ölkəni tərk etdiyi bildirilir.

Chosen
35
12
metbuat.az

10Sources