İmmunitet sistemini gücləndirən, həzm sisteminə fayda verən və ürək sağlamlığını dəstəkləyən bu meyvə sağlam həyat üçün ideal seçimdir.
Day.Az xəbər verir ki, süfrələrinizə xurma əlavə etməyin 5 vacib səbəbi var.
Xurma yeməyin 5 səbəbi:
Zəngin Qida Dəyəri: Xurma vitamin və minerallarla çox zəngindir. Xüsusilə tərkibindəki C vitamini, A vitamini, kalium və lif tərkibi ilə immunitet sistemini gücləndirir və sağlam dəri üçün faydalıdır.
Antioksidant Xüsusiyyətləri: Yüksək miqdarda antioksidant ehtiva edən xurma bədəndəki sərbəst radikalları zərərsizləşdirərək hüceyrələri qoruyur və yaşlanma əleyhinə təsir göstərir.
Həzm Sistemi Sağlamlığı: Liflə zəngin olduğu üçün həzm sistemini dəstəkləyir. Qəbizliyi aradan qaldırır və bağırsaqların nizamlı işləməsinə kömək edir.
Ürək Sağlamlığını Dəstəkləyir: Xurma kalium və lif tərkibi sayəsində ürək sağlamlığını dəstəkləyir. Qan təzyiqini tənzimləyir və ürək xəstəlikləri riskini azaldır.
Aşağı Kalori və Yüksək Dad: Aşağı kalorili meyvə olan xurma şirin ehtiyacınızı qarşılamaq üçün sağlam alternativdir. Pəhrizə asanlıqla daxil edilə bilər. /Demokrat.az/