EN

Səbail sakinləri fəryad edir: yeraltı borular partlayıb, şirin su evləri basır, şikayəti isə dinləyən yoxdur - VİDEO

Səbail rayonu, Salyan yolu, dalan 4-də yaşayan sakinlər ölkə rəhbərliyi və Su Ehtiyatları Dövlət Agentliyindən kömək istəyirlər.

Bu barədə Mia.az-a məktubla müraciət edən küçə sakinləri deyir ki, illərdir yaşadıqları küçədə yeraltı su xətləri çürüyüb, bəlkə də böyük hissədə dağılıb: "50-60 il əvvəl çəkilən su xəxtləri köhnəldiyindən müxtəlif yerlərdən sızmalar artıb. Artıq küçənin asfalt örtüyü bərbad günə düşüb. Küçəyə su verilən kimi, hər yandan bulaq kimi su sızmaları başlayır, evləri, zirzəmiləri basır. Bu azmış kimi, küçədə gediş-gəliş də çətinləşir. Təsəvvür edin ki, qışda yağışla bərabər su sızmaları olanda, necə vəziyyət yaranır. Yayda isə bu vəziyyət müxtəlif yolxucu xəstəliklərə "qapı aralayır". Çox təəssüf ki, bununla bağlı dəfələrlə keçmş "Azərsu" ASC-nın Səbail Sukanal İdarəsinə şikayət etsək də, nəticə olmayıb. Hər dəfə bizi başlarından ediblər. Hətta deyirlər ki, axır axsın da, bizlik deyil. Dəhşətdir, deyilmi?".

Sakinlər yazıb ki, müvafiq qurümlara bir ildən çoxdur yaranmış problemin aradan qaldırılması üçün dəfələrlə müracətlər olunub. Lakin nəticəsiz qalıb: "İndi dünya şirin suya möhtac duyduğu bir vaxtda paytaxtda yeraltı su sızmaları həm də çox böyük su itkisi deməkdir. Bu və ya digər məqamları nəzərə alaraq, ölkə rəhbərliyindən çox xahiş edirik, bu problemlərin həlli üçün müvafiq qurumlara göstəriş verəsiniz. Ümidimiz Sizədir, cənab Prezident!".

Samir Musayev
Mia.az

Chosen
22
1
mia.az

2Sources