EN

Cənubi Koreya prezidentinə ölkədən çıxışa qadağa qoyulacaq? - Polis tələbi nəzərdən keçirir

Cənubi Koreya prezident Yoon Suk Yeolun ölkədən çıxışına qadağa qoyula bilər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu, onun dekabrın 3-də hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar verdiyi əmrlkə bağlı açılan cinayət içi üzrə istintaq qrupunun tələbi ilə müzakirə olunur.

Cənubi Koreyanın Yonhap dövlət agentliyinin məlumatına görə, istintaqa cavabdeh olan polis rəsmisi qadağan üçün gərəkli sübutların təqdim olunmasını vacib sayıb: “Biz xaricə rəsmi səfər daxil, bütün tələbləri hazırda dəyərləndiririk"

Xəbərdə deyilir ki, ölkədə böyük gərginliyə yol açan və qısa zaman sonra parlament tərəfindən ləğv olunan hərbi vəziyyət əmrinin hansı səbəbdən verilməsi faktı 150 nəfərlik xüsusi polis qrupu tərəfindən araşdırılır: "Prezident Yoon yüksək rütbəli hökumət və ordu rəsmiləri ilə birlikdə xüsusi səlahiyyətli prokurorluq tərəfindən “dövlətə xəyanət”, “silahlı üsyan” və “vəzifə səlahiyyətlərindən sui-istifadə” kimi ağır ittihamlarla üz-üzədir. Hazırda keçmiş müdafiə naziri Kim Yonq-hyu daxil, xeyli şəxs saxlanılıb"

Lamiyə Əhmədli
MİA.AZ

Chosen
25
mia.az

1Sources