EN

Günün brifinqi: Suriyanın gələcəyi və çoxsaylı ssenarilər...

Suriyada Əsəd ailəsinin hakimiyyəti və Bəşər Əsədin özü artıq tarix oldu. Lakin Əsəddən arxada qalan bir Suriya və onun gələcək taleyi var...

Müəllif: Azər Qaramanlı

“Heyət Təhrir əş-Şam”ın liderliyi ilə Suriya müxalifətinin Əsəd rejiminə qarşı blitzkriqlə nəticələnən yürüşündən sonra 13 il müddətində Suriya ilə bağlı Qərbin baş tutmayan, Rusiyaİranın isə dəyişməyən planları alt-üst oldu. Müxalifətin 11 gün çəkən yürüşünün ilk günlərindən başlayaraq, birdən-birə Türkiyə Suriyada sahədəki ən güclü aktora çevrildi. Halbiki, Bəşər Əsəd rejimnin yaratdığı siyasi reallıqda Suriyanın bütün ağırlığı üzərinə yıxılan Türkiyə Rusiyaİran tıərəfindən israrla qapı arxasında saxlanılmağa çalışılırdı. Amma dekabrın 8-də Dəməşqin heç bir güllə atılmadan çökməsindən sonra Rusiyaİranın Suriyada artıq heç bir gələcəyi qalmadı...

Bu, Suriya inqilabının ötəri baxışla görünən mənzərəsidir. Lakin Suriyanın gələcəyi ilə bağlı böyük bir sual indi hamını düşündürür: Suriyada necə bir hökümət qurulacaq və bu hökümət sabitliyi təmin edə biləcəkmi?

Suriya müxalifətinin çoxqütblü olduğunu və bu müxalifəti birləşdirən faktorun Əsəd rejiminin yıxılması olduğunu nəzərə alsaq, onda yaxın günlərdə elan edeiləcəyi gözlənilən yeni hökümətin işinin heç də asan olmayacağı aydındır. Hər şeydən əvvəl Suriyada o qədər çox silahlı qruplaşmalar var ki, bu qədər silahlı insanları bir hökümətin necə idarə edə bilməsini adam təsəvvür edə bilmir.

Silahlı dəstələr ən qısa zamanda tərksilah olunmayacaqsa və qruplaşmalar buna könüllü getməyəcəklərsə, o zaman Suriyda sabitlikdən və ərazi bütövlüyündən danışmağa dəyməz. Suriyada çox tez bir zamanda mərkəzləşdirilmiş dövlət sistemi bərpa edilməyəcəksə, o zaman bu coğrafiyada onlarla dərəbəyləri formalaşacaqlar və bu dərəbəyləri əslində Yaxın Şərqdə bütün geosiayasi aktorlar üçün təhlükəyə çevriləcək.

Yeri gəlmişkən, Suriyanın ərazi bütövlüyündən söz düşmüşkən, Amerikanlıların himayəsi altında olan YPG/PKK Suriyanın unitar dövlətçiliyi üçün hazırda ən böyük təhlükədir. Suriya müxalifətinin öz aralarında anlaşaraq silahları mərkəzi dövlətə təhvil vermələrini az-çox təsəvvür etmək mümkün olsa da, YPG/PKK-nın silahdan imtina edəcəyi ən az inandırıcı görünən hadisələrdən biridir.

ABŞ və İsraildən aldıqları dəstəklə YPG/PKK Suriyanın 1/3 hissəsinə iddia edərək muxatariyyət istəyəcək. Həmin qurumun səlahiyyət dairələri isə o qədər geniş ola bilər ki, bunu sadəcə “muxtariyyət” adlandırmaq olar. Türkiyənin və yeni Suriya hökümətinin də YPG/PKK-nın istəklərinə dözümlü yanaşmayacağını indidən söyləmək mümkün olduğuna görə, YPG/PKK-ya bağlı kürdlərin məsələsi artıq Suriyanın gələcəyi üçün başağrısı kimi görünür və bu məsələdə hər şey daha çox Türkiyə ilə yeni hakimiyyətə gələn Tramp adminstrasiyası ilə müzakirələrdə öz həllini tapa bilər.

Hərdan baxarsaq, hazırda Suriyanın gələcəyi, unitar dövlət quruluşunun davam etməsi üçün Türkiyənin üzərinə böyük yük və məsuliyyət düşür və inanmaq istərdik ki, Qərb də Suriyada məsələyə qurucu yanaşaraq Türkiyə eyni mövqedən çıxış edəcək. Bu həm də Avropanın qaçqın probleminin həlli üçün də vacib məsələdir.

Hazırda Suriyanın gələcəyi ilə bağlı o qədər çox ssenarilər proqnozlaşdırmaq olar ki, onların hər biri Suriya üçün bitməyən vətəndaş müharibəsinin davamı ola bilər. Lakin arzu olunan odur ki, Suriya xalqının məşəqqətlərinə son qoyulsun. Bunun üçün isə Qərb, ərəb dövlətləri və Türkiyə Suriyada eyni platformadan çıxış etməlidirlər.

Yuxarıda da qeyd edtdiyim kimi, artıq İranRusiyanın Suriyaya təsir etmək imkanları olmayacaq. Lakin artıq dünəndən başlayaraq, Rusiyaİrandan YPG/PKK terrorçularını dəstəkləyən səslər eşidilməyə başlayıb. Bu da Moskva və Tehranın Suriyada suların durulmasına imkan verməmək cəhdlərindən xəbər verir...

Poliqon.info

Chosen
44
40
poliqon.info

10Sources