EN

ABŞ-dən Suriya və Türkiyə ilə bağlı təəccüblü  AÇIQLAMA

ABŞ-ın yüksək rütbəli rəsmisi Suriyadaki son hadisələrlə bağlı jurnalistlərə müsahibə verib.

Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, rəsmi eyni zamanda Türkiyə ilə də bağlı təəccüblü açıqlama verib.

Suriyadakı proseslər fonunda əsas diqqətin "yeni Suriya" və Əsəd rejimindən uzaqlaşmağa yönəldiyini bildirən rəsmi, daha yaxşı bir Suriya üçün hər kəsin sıx səy göstərməsi lazım olduğuna diqqət çəkib.

Qurum rəsmisi qeyd edib ki, Türkiyə və ABŞ bu prosesdə tam iştirak edib.

Bu kontekstdə ABŞ-ın müdafiə naziri Lloyd Ostin, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Bill Burns və ABŞ dövlət katibi Antoni Blinkenin türkiyəli həmkarları ilə görüşlər keçirdiklərini bildirən rəsmi bu görüşlərin konstruktiv təsirləri olduğunu bildirib.

Chosen
23
5
adalet.az

10Sources