EN

Koreya prezidenti ölkəni tərk edə bilməyəcək

Cənubi Koreya prezidenti Yun Sok-Yolun ölkəni tərk etməsi qadağan edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Qərar Korrupsiyaya Qarşı Mübarizə Şöbəsi tərəfindən qəbul olunub.

Hazırda Koreya lideri barəsində üsyan və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı istintaq aparıldığı bildirilib.

Prezidentə qarşı polis və prokurorluğun da müvafiq araşdırmalara başladığı qeyd edilib.

Xatırladaq ki, Yun Sok-Yolun hərbi vəziyyət elan etməsindən sonra ona qarşı başladılan impiçment prosesi uğursuz olub.


Müəllif: Ceyhun Ağazadə
Chosen
21
teleqraf.com

1Sources