EN

Şou-biznes aləmində qalmaqal: Jay-Z 13 yaşlı qızı zorladı, Diddi isə izlədi - TƏFƏRRÜAT

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Jay-Z kimi tanınan reper Şon Karter, 2000-ci ildə "MTV Video Music Awards" mükafatlandırma mərasimindən sonra keçirilən tədbirdə 13 yaşlı qızı zorlamaqda ittiham edilir.
Oxu.Az-ın məlumatına görə, "NBC News" telekanalı məhkəmə sənədlərinə istinadən bu barədə məlumat yayıb.
Bildirilib ki, "Diddy" ləqəbi ilə daha çox tanınan Şon Kombs də ittiham edilib.
Jurnalistlərin məlumatına görə, bu iş üzrə ilk iddia oktyabrda repçi Diddiyə qarşı qaldırılıb, dekabrın 8-də təkrar iddiada Jay-Z də yer alıb.
Zərərçəkənin adı açıqlanmasa da, işin bəzi təfərrüatı məlum olub. O zaman 13 yaşında olan qız mükafatlandırma gecəsinə getmək istəyib, lakin bileti olmayıb. Sürücülərdən biri ona baxaraq "Diddinin axtardığına uyğun olduğunu" qeyd edib. Gecəyə daxil olan qız məxfilik sənədlərini imzalayıb.
İddiaçının sözlərinə görə, Karter onu zorlayıb, Kombs və adı açıqlanmayan məşhur qadın isə prosesi izləyiblər.
O, həmçinin Kombs tərəfindən seksə məcbur edildiyini, lakin onun boynuna vurduğunu və "Kombsun dayandığını" iddia edib.
Qeyd etmək lazımdır ki, bu 52 yaşlı Jay-Z-nin karyerasında ilk qalmaqal deyil. Bir neçə il əvvəl reper həyat yoldaşı, müğənni Beyonseyə xəyanət etdiyini açıq şəkildə etiraf etmişdi. Yalnız uzunmüddətli ailə terapiyası ulduz cütlüyün nikahını qorumağa kömək olmuşdu.
Chosen
27
2
oxu.az

7Sources