EN

"Yaşıl Gələcək üçün Beynəlxalq Təcrübə Mübadiləsi" proqramının ilk günü keçirilib - FOTOLAR

“Yaşıl Gələcək üçün Beynəlxalq Təcrübə Mübadiləsi” proqram layihəsinin ilk günü keçirilib. SİA xəbər verir ki, Türkiyə, Moldova, Gürcüstan və Azərbaycandan olan gənc müəllim və tələbələrin iştirakı ilə keçirilən layihənin ilk günü Göygöl Milli Parkına İnfotur təşkil edilib. İnfotur zamanı iştirakçılara bələdçi tərəfindən Milli Parkın ekoloji-mədəni elementlərindən bəhs edilib.

Daha sonra Göygöl Gənclər Evində iştirakçıların bir-birilərin daha yaxşı tanımaları üçün şəbəkələşmə fəaliyyətləri baş tutub. “Understanding Green Education” mövzusunda təlim keçirilib, iştirakçılarla yaşıl təhsilin prinsipləri və əhəmiyyəti, yaşıl təhsili siniflərdə tətbiq etməyin effektiv yolları kimi məsələlər müzakirə edilib. Sonda isə Regionda olan ortaq ekoloji problemlərlə bağlı qrup müzakirəsi baş tutub.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, AGMA-nın təşkilatçılığı, Türkiyənin Bursa Azərbaycan Həmrəylik və İnnovasiya Dərnəyinin, Gürcüstanın Gənclərin İnkişaf Mərkəzinin, Moldovanın Millenium Təlim və İnkişaf İnstitutunun tərəfaşlığı ilə keçirilir.

Chosen
16
2
sia.az

4Sources