İspaniya La Liqasının 16-cı turunda səfərdə "Betis"lə 2:2 hesablı heç-heçə edən "Barselona"nın futbolçusu Daniel Olmo meydanda rəqib futbolçu Serxi Altmira ilə toqquşaraq xəsarət alıb.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, İspaniya millisinin futbolçusunun ön dişlərindən biri qırılıb.
Xəbərə görə, Olmo qırılan dişini meydanda axtararkən hakim Alexandro Munyis Ruis oyunu dayandırıb. Orta xətt oyunçusu dişini tapsa da, diqqətlə baxandan sonra onu əsəbi şəkildə kənara tullayıb.
Qeyd edək ki, cari mövsüm zədə səbəbindən bütün turnirlərdə 12 matça çıxan Olmo 6 qol vurub. "Transfermarkt" portalı onun transfer qiymətini 60 milyon avro ilə dəyərləndirir.
Nihat