EN

Suriya müxalifəti qadınları hicab taxmağa məcbur etməyi qadağan edir

Suriyada silahlı müxalifət komandanlığı qadınların hicab taxmağa məcbur edilməsini qadağan edib.

Bu barədə Oxu24.com “Al-Watan” qəzetinə istinadən yazır.

Qəzet yazır: “Qadınları müəyyən geyimdə geyinməyə məcbur etmək, onların geyim seçmək hüququna müdaxilə etmək, yaxud onlara xarici görünüşü ilə bağlı iddialar irəli sürmək qəti qadağandır”.

Noyabrın 28-də Suriyanın silahlı müxalifət qruplarının Hələb vilayətinin qərb bölgələrində hökumət qoşunlarına qarşı irimiqyaslı hücuma keçdiyi bildirilir. Hələb şəhərini ələ keçirərək, növbəti həftə yarım ərzində Homs, Həmanı işğal etdilər və Suriyanın paytaxtı Dəməşqə yaxınlaşdılar. Bundan əlavə, kürdlərin Suriya Demokratik Qüvvələri (SDQ) Deyr əz-Zor şəhərini nəzarətə götürüb.

Dekabrın 8-nə keçən gecə müxalifət qrupları Dəməşqi ələ keçirib. “Reuters”in verdiyi məlumata görə, Suriya ordusu komandanlığı prezident Bəşər Əsədin hakimiyyətinin “bitdiyini” açıqlayıb.

Bazar ertəsi məlum olub ki, Suriyanın keçid hökumətinə keçmiş baş nazir Riyad Hicab rəhbərlik edəcək.

Bundan əvvəl Suriya ölkənin gələcək taleyinin yeni komandanlıqdan asılı olacağını bəyan etmişdi.

 

Miri

 

Chosen
63
50
oxu24.com

10Sources