Suriyada 53 illik Əsəd hakimiyyətinin devrilməsinin ardından Bəşər Əsədin ən mühüm dəstəkçilərindən olan Rusiya Suriyanın yeni dövrü ilə bağlı açıqlama verib.
"Cebheinfo.az" xəbər verir ki, müxalif silahlı qrupların Dəməşqi tutmasından bir neçə saat əvvəl Əsəd Rusiyaya qaçıb.
Kremlin sözçüsü Dmitri Peskov Əsədə sığınacaq verilməsinin Rusiya Prezidenti Putinin qərarı olduğunu açıqlayıb.
Peskov bəyan edib ki, Əsədlə görüş Putinin yaxın planlarına daxil deyil.
Peskovun Əsədin Rusiyaya gəlişi ilə bağlı sualları cavablandırmaqdan yayındığı müşahidə edilib.
Rusiya ordusunun Suriyadakı Rusiya bazalarında tədbir gördüyünü ifadə edən Peskov bildirib ki, təhlükəsizliyi təmin edə biləcək kəslərlə əlaqə saxlamaq üçün çalışırlar.
Peskov Rusiyanın Suriyada hərbi bazalarının mövcudluğunun davam etməsinin Suriyanın yeni hakimiyyəti ilə müzakirə ediləcək bir mövzu olduğunu bildirib:
"Hələlik bu mövzu ilə bağlı danışmaq tezdir".
Peskov ABŞ-nin yeni seçilmiş prezidenti Trampla heç bir əlaqəsinin olmadığını bildirib.