"Lester"in hücumçusu Ceymi Vardinin həyat yoldaşı Bekki Vardi "Çelsi"nin əfsanəsi Dennis Uayz ilə birlikdə İngiltərə bazarına yeni araq çıxarıb.
Publika.az xəbər verir ki, ideya spirtli içkiləri meyvə damcıları ilə qarışdırmağı xoşlayan "tülkülər"in əfsanəsindən gəlib. Həyat yoldaşı onun fikrini bəyənib və Uayzın dəstəyi ilə yeni araq markasını ictimaiyyətə təqdim edib.
İçkidə çiyələk, portağal və limon növləri mövcuddur. Hazırda 0,5 litrlik 3 "butulka" 60 funtdur.
Qeyd edək ki, Vardinin özü məhsulun reklam tanıtımında şəxsən iştirak edib.