EN

Aİ Kiyevə 4,2 milyard avro ödəməyi təsdiqləyib

Aİ Şurası Kiyevə 4,2 milyard avro həcmində ikinci mikromaliyyə tranşının ödənilməsini təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

“Avropa İttifaqı Şurası makromaliyyə sabitliyini dəstəkləmək üçün yardım proqramı çərçivəsində ikinci ödənişi təsdiqlədikdən sonra Ukrayna tezliklə 4,2 milyard avro alacaq”, - hesabatda deyilir.

İkinci yardım paketinin transferi noyabr ayında Avropa İttifaqında müzakirə olunub. Həmin vaxt müzakirə olunan məbləğ 4,1 milyard avro idi.

Bu günlərdə Pentaqonun rəhbəri Lloyd Ostin Rusiyanın xüsusi hərbi əməliyyatı başlayandan bəri müttəfiqlərin Ukraynaya verdiyi ümumi hərbi dəstəyin 119 milyard dolları keçdiyini bildirib.

O qeyd edib ki, Ukrayna rəsmiləri Qərbin digər müttəfiqlərindən 57 milyard dollardan çox pul alıblar.

Chosen
28
operativmm.az

1Sources