EN

Əraqçi deyir ki, Əsəd depressiyaya düşüb və məyus olub

Bakı, TurkicWorld

İran və Suriya kəşfiyyatı İdlibin hərəkətlərindən tam xəbərdardır və Suriya hökuməti bu barədə məlumatlandırılılmışdı.

TurkicWorld ArabAz-a istinadən xəbər verir ki, bunun İran XİN rəhbəri Abbas Əraqçi ölkə telviziyasına vediyi müsahibəsində deyib.

Abbas Əraqçi ölkəsinin baş verənləri “sui-qəsd” kimi qiymətləndirib.

“Bizim üçün təəccübləndirici element Suriya ordusunun zəifliyi və hadisələrin inkişafı idi. Ordunun motivasiyasını itirməsi hətta Əsədə də təsir etdi o depressiyaya düşdü və olduqca məyus oldu”-deyə İran XİN rəhbəri bildirib.
İran 2011-ci ildə başlayan vətəndaş müharibəsində Əsədi dəstəkləmək üçün milyardlarla dollar xərcləyib və İsrail qarşısında İranın “müqavimət oxunu” qorumaq üçün müttəfiqini hakimiyyətdə saxlamaq məqsədi ilə Suriyada “İnqilab Keşikçiləri”ni yerləşdirib.

Qedy edək ki, 8 dekabr səhər saatlarında Silahlı müxalifət Əsəd hakimiyyətinə son qoyub.

İranın uzun illər “Şiə Ayparasının” ayrılmaz hissəsi hesab etdiyi Suriyada 54 illik ailə hakimiyətinə son qoyuldu və Dəməşq silahlı müxaliflərin nəzarətinə keçdi.ArabAZ xəbər verir ki, bu gün səhər saatlarında silahlı fraksiyalar Dəməşqə daxil olduqlarını elan etdikdən qısa müddət sonra Suriya ordusu komandanlığı rejimin süqutu barədə zabitləri məlumatlandırıb,

Suriya ordusunun iki yüksək rütbəli zabiti isə Əsədin ölkəni tərk etdiyini açıqlayıb. Əsəd ölkənin naməlum istiqamətdə tərk edib.

Onun Rusiyada, İranda və hətta BƏƏ-də olduğu ehtimalı da var.

Şahidlərin bildirdiyinə görə, minlərlə suriyalı piyada Dəməşqin əsas meydanına toplaşaraq azadlıq şüarları səsləndiriblər.

Bir neçə saat əvvəl Suriya fraksiyaları bazar günü səhər tezdən bir günlük döyüşlərdən sonra mühüm Hums şəhəri üzərində tam nəzarət etdiklərini elan edərək, Əsədin 24 il davam edən hakimiyyətini təhdid etdilər.

Chosen
47
turkic.world

1Sources