EN

AFFA Hakimlər Komitəsinin sədri “Qalatasaray”ın oyununa təyinat aldı

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker UEFA-dan təyinat alıb.

Day.Az xəbər verir ki, belçikalı keçmiş referi Avropa Liqasının əsas mərhələsində İsveçdə "Malmö" ilə Türkiyənin "Qalatasaray" komandası arasında keçiriləcək VI tur oyununun hakim-inspektoru olacaq.

 

Bildirilir ki, dekabrın 12-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Matçın hakimlər briqadası hələ açıqlanmayıb.

Chosen
9
10
day.az

10Sources