EN

"Suriyanın yeni hakimiyyəti qadınların geyimini məhdudlaşdırmaq niyyətində deyil"

"Dəməşqdə hakimiyyətə gələn silahlı müxalifət Suriyada qadın geyimləri ilə bağlı hər hansı məhdudiyyət tətbiq etmək niyyətində deyil".

Bu barədə "Al Watan" qəzeti məlumat verib.

Qəzetin xəbərinə görə, yeni hakimiyyət qadınların geyimi ilə bağlı məsələlərə qarışmağı, geyim və ya xarici görünüşlə, o cümlədən ciddiyyətin nümayiş etdirilməsi ilə bağlı hər hansı tələblərin qoyulmasına cəhd edilməsini qəti şəkildə qadağan edib.

Hakimiyyət, özünün iddiasına görə, ölkənin hər bir vətəndaşının şəxsi hüquqlarına hörmət edilməsini təmin etməyə çalışır.

Xatırladaq ki, noyabrın 27-də silahlı müxalifət qruplaşmaları Hələb və İdlib əyalətlərində Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də onlar bir neçə böyük şəhəri (Hələb, Həma, Dəraa və Homs) ələ keçiriblər, dekabrın 8-də Dəməşqə daxil olublar, Suriya hökumət qüvvələrinin bölmələri şəhəri tərk ediblər. Suriya hökumətinin başçısı Məhəmməd Qazi əl-Cəlali respublikada hakimiyyətin sülh yolu ilə təhvil verilməsinə hazır olduğunu bildirib.

Chosen
51
demokrat.az

1Sources