Hollandiyada altı aylıq sərhəd nəzarəti qüvvəyə minib.
Bu barədə "NL Times" portalı məlumat yayıb.
Sığınacaq naziri Marjolein Faber keçən ay qeyri-qanuni miqrasiya və insan alveri ilə mübarizə tədbirlərini açıqlamışdı.
Sərhəddə heç bir maneə və ya nəqliyyat dayanacağı olmayacağı qeyd edilib.
Eyni zamanda, dövlət sərhədlərinin təhlükəsizliyinə cavabdeh olan polis bölməsi mobil keçid məntəqələrində avtonəqliyyat vasitələrinin təsadüfi yoxlamasını davam etdirəcək.