Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.Metbuat.az xəbər verir ki, Yasamal Rayon Məhkəməsi istintaq orqanının təqdimatını təmin edib. Məhkəmə Azər Qasımlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.Qeyd edək ki, Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində olan müraciətlə əlaqədar ötən gün polis tərəfindən saxlanılıb.O, Cinayət Məcəlləsinin 182.2.3 (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi üzrə təqsirli bilinir.