Misli Premyer Liqasında XVI tura yekun vurulub.
Modern.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma keçirilib. “Turan Tovuz” doğma meydanda “Şamaxı”nı qəbul edib. Tovuz şəhər stadionunda reallaşan görüş ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra Tovuz klubu 30 xalla 3-cü, Şamaxı təmsilçisi isə 13 xalla 7-ci sırada qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” “Kəpəz”ə 4:0, “Araz-Naxçıvan” “Səbail”ə, “Sumqayıt” isə “Neftçi”yə 2:0 hesabı ilə qalib gəlib, “Sabah” və “Qarabağ” oyunu isə qollu heç-heçə ilə başa çatıb - 1:1.