Türkiyə Superliqasının XV turunun “Sivasspor”la oyununda zədələnən “Qalatasaray”ın iki futbolçusu Barış Alpər Yılmaz və Viktor Osimhenin durumuna aydınlıq gəlib.
Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Türkiyə millisinin üzvü üç həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu isə o deməkdir ki, Yılmaz üçün il vaxtından əvvəl başa çatıb. Nigeriyalı forvard Viktor Osimhen isə təxminən 2 həftə komandasına kömək edə bilməyəcək.
İstanbul klubu ötən gün “Sivasspor”a 3:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, “Qalatasaray” növbəti matçını UEFA Avropa Liqasının VI turunda İsveçdə “Malmö”yə qarşı keçirəcək.
"Cebheinfo.az"