EN

“Bəşər Əsəd Suriyanı qoyub qaçdı” - Ərdoğan

\"Bəşər Əsəd 1 milyona yaxın insanın qətlə yetirildiyi, 12 milyon insanın köç etmək məcburiyyətində qaldığı, bir çox şəhərin xarabalığa çevrildiyi Suriyanı qoyub qaçdı”.

AZXEBER.COM \"Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.

\"Bölgəmiz ancaq \"dönüş nöqtəsi” ifadəsi ilə təsvir edilə bilən kritik inkişaflara şahidlik edir. Qonşumuz Suriyada 13 ildir davam edən vətəndaş müharibəsi dünəndən etibarən yeni miqyas alıb. Hələb, Həma, Hums və nəhayət Şam Suriyanın əsl sahiblərinin nəzarətinə keçib” - , Ərdoğan bildirib.

Türkiyə Prezidenti ölkədəki suriyalıların könüllü şəkildə öz torpaqlarına qayıdışının başladığını da vurğulayıb.
Chosen
27
azxeber.com

1Sources