EN

"Şamaxı" müqaviləsinə xitam verilən futbolçularla bağlı açıqlama yaydı

style='margin-bottom:10px;'>

“Şamaxı” iki futbolçusu - müdafiəçi Adil Nağıyev və yarımmüdafiəçi Giorgi Kantariya ilə yolları ayırması ilə bağlı rəsmi açıqlama yayıb.

QOL.az xəbər verir ki, klub hər iki oyunçu ilə müqaviləyə xitam verildiyini bəyan edib.

Qeyd edilib ki, məsələ ilə bağlı klub hazırda hər hansı bir başqa açıqlama verməyi lazım bilmir. 

Xatırladaq ki, komandanın baş məşqçisi Ayxan Abbasov da bu gün keçirilən mətbuat konfransında sözügedən futbolçularla bağlı çxo danışmaq istəmədiyini bildirib: "Bəzi futbolçularla problemlərimiz var idi, ona da klub olaraq, düzgün qərar verdik. Gələcəkdə bu haqda rəsmi məlumat veriləcək” - deyə baş məşqçi qeyd edib.

Chosen
23
1
teleqraf.com

3Sources