EN

Rusiya televiziyaları Suriyadakı uğursuzluğa görə günahkarı tapdılar

Rusiya televiziyaları və “z” təbliğatçıları “ayaqqabılarını tez bir zamanda dəyişdilər”.

Ölkə.az Musavat.com-a istinadən xəbər verir ki, yerli analitiklərin Suriya ilə bağlı yaranan pərtliyi ört basdır etmək üçün dəridən qabıqdan çıxması sosial şəbəkələrdə belə bir lağedici ifadə ilə təsvir olunub.

İndi Kremlə yaxın mətbu orqanlarda Suriyada hakimiyyəti ələ keçirən silahlılar artıq terrorçu adlandırılmır, Bəşər Əsəd və Suriya ordusu sərt şəkildə tənqid edilir.

 Halbuki dekabrın 7-ə qədər “Birinci Kanal” Suriya üsyançılarını "terrorçular" adlandırdı, lakin artıq bazar günü bu söz təbliğatçıların leksikonundan itdi, “Rusiya dəfələrlə Əsəd rejiminə xəbərdarlıq etdi, lakin onun ordusu birdən-birə gücünü itirməyə başladı”-indi kanallarda belə bir təbliğat gedir.

Birinci Kanalın ekspertləri isə yaranan vəziyyəti “Suriya ordusunun çürüməsi” ilə izah etməyə çalışıblar.

Solovyov bütün məsuliyyəti adi suriyalıların üzərinə atlıb. "Bu məsuliyyəti öz üzərinə götürmək istəməyən bir xalqın həyatı üçün məsuliyyət daşımaq qəribədir", - deyə qara təbliğatçı "Rossiya 1" kanalında deyib.

Z-kanallarında Rusiyanın Suriyadakı siyasətinin uğursuzluğu şiddətlə müzakirə olunur. Əksər müəlliflər birbaşa günahkarların adını çəkməkdən və sadələşdirilmiş formalarda yazmaqdan qorxurlar, Lakin yazılarda kinayəli eyhamlar da az deyil. Budur onlardan bəziləri:

“Rusiya hərbçilərinin Suriyadan çıxarılması üçün əmrlər alınıb. Müdrik siyasətçinin alçalmasının növbəti zəfəri”.

“Suriyada on illik kampaniyamızın əsas nəticəsi yalnız Əsəd və ailəsinin Moskvaya təxliyə olunmasıdırsa, çox üzücü olacaq. Digər tərəfdən, mənfi təcrübə də təcrübədir”.

“Deyəsən, biz Suriyadakı bazalarımızı itirəcəyik. Olsun. Saçımızı yolası deyilik ki. Bu o deməkdir ki, əsas cəbhədə daha çox insan və təyyarə olacaq. Aydındır ki, Suriyadakı bazaların itirilməsi ilə biz Afrikanı da itirəcəyik”.

Chosen
62
50
olke.az

10Sources