EN

Yeni Zelandiyada it qaçış yarışları qadağan edilir

Yeni Zelandiya hakimiyyəti heyvanları qorumaq üçün it yarışlarını qadağan etmək niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, Baş nazirin müavini Uinston Piters müvafiq bəyanatla çıxış edib.

Yeni Zelandiya hökumətinin yaydığı sənəddə qeyd edilir ki, hakimiyyət it qaçış yarışlarına son qoymağı planlaşdırır.
Nazir həmçinin qeyd edib ki, it yetişdirmə və it yarış sənayesi heyvanların qayğısı ilə bağlı narahatlıqlar səbəbindən bir neçə ildir diqqət mərkəzindədir.
Baş nazirin müavini, əsas vəzifənin yarış üçün yetişdirilən 29 min tazıya ev tapmaq olacağını əlavə edib.

Piters bu barədə 2025-ci ildə parlamentə əlavə qanun layihələri təqdim olunacağnı bildirib.

Chosen
25
ucnoqta.az

1Sources