Qış aylarında xəstəliklərdən qorunmaq üçün immunitet sistemini güclü saxlamağın əhəmiyyəti artır.
Mütəxəssislər bildirirlər ki, sağlam həyat tərzi və balanslı qidalanma ilə yanaşı, mətbəxdə istifadə edilən bəzi ədviyyatlar da immuniteti gücləndirən təsirlərə malikdir. Qışın gəlişi ilə insanlar xəstəliklərdən qorunmaq üçün ən çox zəncəfil və sarıkğkə üstünlük verirlər.
News24.az xəbər verir ki, antioksidant və iltihab əleyhinə xüsusiyyətləri ilə tanınan sarıkök, xüsusilə soyuqdəyməyə qarşı bədəni dəstəkləyə bilər.
Zəncəfil həzmi sakitləşdirici təsiri ilə tanınsa da, soyuq havalarda isti çay kimi istehlak edildikdə immuniteti gücləndirə bilər.
Onu da qeyd edək ki, zəncəfil və sarıkökü səhərlər acqarına 1 çay qaşığı qatığa qarışdıraraq istifadə edə bilərsiz.
Günel Məlikzadə