EN

Bəzən icbari tibbi xidmətlər zərfində olan tibbi xidmətlər üzrə müraciətdən imtina edirik-RƏSMİ

Bəzən vətəndaşlar icbari tibbi xidmət zərfində olan tibbi xidmətlər üçün "YAŞAT" Fonduna müraciət edirlər. Bu halda müraciətdən imtina etmək məcburiyyətində qalırıq.

Xəbər verilir ki, bunu "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov "ASAN xidmət" Mərkəzində Fondun dördillik fəaliyyətinə dair mətbuat konfransında jurnalistlərin sualına cavabında deyib.

O bildirib ki, vətəndaşın müraciət etdiyi tibbi xidmət əgər icbari tibbi xidmət zərfində varsa, Fond həmin müraciəti ləğv etmək məcburiyyətində qalır:

"Bildiyiniz kimi, icbari tibbi xidmət zərfində 3 100-dən artıq xidmət yer alıb. Vətəndaşın müraciət etdiyi tibbi xidmət dövlət tərəfindən qarşılana bilirsə, biz bunu onlara izah edərək geri çeviririk".


Chosen
24
2
azia.az

3Sources