EN

Üç ölkə İranı hədəfə aldı: “Dayandırın!”

Fransa, Almaniya və İngiltərə İranın nüvə proqramını genişləndirmək üçün atdığı son addımları pisləyib.

KONKRET.az üç ölkənin birgə bəyanatını təqdim edir: “Biz İranın yeraltı Fordo obyektində zənginləşdirilmiş uranın istehsalını 60 faizə qədər artırmaq üçün nüvə proqramını genişləndirmək məqsədilə atdığı son addımları pisləyirik”.

Bildirilib ki, İran istifadədə olan sentrifuqaların sayını artırıb, əlavə zənginləşdirmə infrastrukturu yaratmaqla hazırlıqlara başlayıb və beləliklə də zənginləşdirmə imkanlarını daha da artırıb.

Açıqlamada aşağıdakılar qeyd olunub:

“İranın hərəkətləri Birgə Hərtərəfli Fəaliyyət Planını ziddfit. Çünki İran yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatını artırmağı düşünür və onun hazırda heç bir etibarlı mülki əsaslandırması yoxdur. Bütün bunlar MAQATE lazımi əlavə təminatları həyata keçirməmişdən əvvəl baş verib. Buna görə də biz nüvə eskalasiyasını dərhal dayandırmağa çağırırıq”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Chosen
7
konkret.az

1Sources