“Kontakt Home” əmtəə nişanının sahibi “ABC-Telecom” MMC ilə bağlı növbəti dəfə cərimə protokolu imzalanıb.
Tribunainfo.az xəbər verir ki, şirkətin İnzibati Xətalar Məcəlləsinin informasiyadan istifadə edilməsi qaydaları əleyhinə olan 375.0.2-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, fərdi məlumatların mülkiyyətçisi və ya operatoru tərəfindən fərdi məlumatların mühafizəsinin təmin olunmamasına, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduğu hallarda və müddətlərdə fərdi məlumatların məhv edilməməsinə, yaxud fərdi məlumatların toplanılmasının, işlənilməsinin və ya verilməsinin dayandırılmamasına görə, üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
“Kontakt Home”la bağlı işə 17 dekabr tarixində Binəqədi rayon Məhkəməsində baxılacaq. İş hakim Aytəkin İbrahimovanın icraatındadır.
Qeyd edək ki, “ABC Telecom” MMC-ninBaş direktoru deputat Elnur Allahverdiyevdir.
Qarşə tərəfi dinləməyə hazırıq.
Gülşən