EN

Yeni dünya reytinqi: “Qarabağ”ın sıçrayışı, Berdiyevin effekti

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) noyabr ayı üçün dünya klublarının reytinq cədvəlini açıqlayıb.

Sportal.az xəbər verir ki, 502 klubun yer aldığı siyahıda Azərbaycanın dörd komandası yer alıb: “Qarabağ”, “Zirə” və “Sabah”, həmçinin “Turan-Tovuz”.

Yenilənmiş reytinqə əsasən, Ağdam təmsilçisi 177,5 xalla 72-ci yerdən 67-ci yerə yüksəlib. “Vitoria Gimarayeş” bir pillə yuxarıdadır. “Qarabağ” “Kolo-Kolo”nu (176) qabaqlayıb. 

“Zirə”nin isə mövqeyi dəyişməyib və hələ də 219-cudur (94,25), ondan yuxarıda “Defensor” və Səudiyyənin “Əl-İttihad” (hər biri 95,5) klublarıdır. Aşağıda isə İtaliyanın “Udineze” və İngiltərənin “Everton” klubları qərarlaşıb(hər biri 94).

“Sabah” İsveçrənin “Bazel”, İranın “Traktor” klubları ilə 423-cü pillədən 409-cu pilləyə yüksəlib (62,75). Onlardan üst pillədə Kiprin “Aris” klubu qərarlaşıb(62,75).

Həmçinin “Turan-Tovuz” 496-cı yerə yüksələrək (53,75) ilk dəfə 500-lüyə daxil olub. Berdiyevin komandasının üstündə bir sıra klublar var ki, bunlar arasında Çexiyanın “Yablonets”, Portuqaliyanın “Jil Visente”, Xorvatiyanın “Varajdin” (hər biri 54) və s. kimi komandalar var. 

Ayın ən yaxşı klubu İspaniyanın "Real”(Madrid) klubudur (388), ikinci yerdə isə İtaliyanın "Atalanta" komandası qərarlaşıb (377).

saytlarin hazirlanmasi

Chosen
27
sportal.az

1Sources