EN

Nazir məktəblərdə "pul yığımı" ilə bağlı məsələyə aydınlıq gətirdi

Məktəblərdə hazırda sistematik şəkildə pullar yığılmır. Müxtəlif zamanlarda ayrı -ayrı məktəblərdə belə hallarla bağlı şikayətlər olur. Bunlar araşdırılır.

Teleqraf.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, burada iki məsələ xüsusi qeyd olunmalıdır: “Bu, yol verilməz haldır, dəfələrlə də deyilib. Sistem böyükdür. 4400 məktəbin hər hansısa birində bu hal baş verirsə, biz onu araşdırır və bununla mübarizə aparırıq. Həmçinin eyni halda da rüşvət və bu kimi digər iddialar sonda cinayət xarakteri daşıdığı üçün hüquq mühafizə orqanları tərəfindən də araşdırılmasının və müvafiq adamların müvafiq cəza almasının tərəfdarıyıq”.

Nazir vurğulayıb ki, bir müəllimin, məktəbin belə fəaliyyətini bütün məktəblərə şamil etmək düz deyil: “Belə bir ümumiləşdirmə ən azı məntiqli deyil. Söhbət bir məktəbdən gedirsə, onu araşdırıb təbii ki, ictimaiyyətə bu barədə məlumat verəcəyik. Bizim hazırda ən böyük problemimiz vətəndaş qəbulunda yaşanan anlaşılmazlıqdır. Çünki vətəndaşın şikayəti əsasında sübutlar olmadıqda bunu təsdiq etmək çətin olur. Bu halda cəza tədbiri görüləndə direktor məhkəmə yolu ilə öz işinin bərpasını tələb edir. Biz çalışırıq ki, bu tip məsələlərdə hüquqi prosedurları pozmayaq. Təhsil Nazirliyinin kimisə işdən çıxarması deyə bir anlayış yoxdur”.


Müəllif: Əsəd Məmmədəliyev
Chosen
25
49
teleqraf.com

10Sources