EN

Yataq xəstəsi olmaqdan qorxdu - 105 kilo arıqladı

İzmirdə yaşayan 36 yaşlı kişi 145 kilo arıqlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ömrünün böyük hissəsini çəki problemi yaşayan 36 yaşlı Sayqılı 8 il əvvəl bəy kostyumu geyinmək üçün 40 kilo arıqlasa da, evləndikdən sonra yenidən kökələrək 245 kiloya çatıb.

Kilolu olduğuna görə dostları tərəfindən \"Minik\" ləqəbi ilə tanınan Sayqılı 2 ilə yaxın evdə qalan yataq xəstəsi qayınatasının yaşadığı çətinliklərdən təsirlənərək arıqlamaq qərarına gəlib.

Sayqılı iki il yarım həkimlərin köməyi ilə pəhriz proqramına başlayıb. İlk mərhələdə 40 kilo arıqlayan Sayqılı mədə əməliyyatı, pəhriz və idmanla daha 105 kilo arıqlamağı bacarıb.

Sayqılı əvvəllər geyindiyi, indi onun üçün çox böyük olan paltarları suvenir kimi saxlayır.
 
Gülay
 

 


Chosen
40
2
azxeber.com

4Sources