EN

Əsəd devrilən kimi üzə çıxdılar – Gizli hazırlaşırlarmış

Suriyanın xarici ölkələrdəki səfirlikləri hakimiyyət çevrilişinə əvvəldən hazır idilər.

Turkustan.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Suriyada son olaylar fonunda yeni bayrağın hər yerdə dalğalanması diqqətimi çəkdi. Belə çıxır ki, Bəşəd Əsəd rejiminin nəzarət etdiyi ərazilərdəki evlərdə müxalifətin yeni bayrağı varmış, rejim dəyişən kimi ortaya çıxdılar.

Ən qəribəsi müxtəlif ölkələrdə Əsəd rejiminə bağlı səfirliklərin dəyişikliyin elə ilk saatlarında binalarında yeni bayraqları dalğalandırmaları oldu. Deməli, Əsədin təyin etdiyi səfirlərin hamısı dəyişikliyə hazır imişlər, hər ehtimala qarşı alternativ bayrağı dolablarının bir küncündə saxlayırmışlar”, - ekspert bildirib./teleqraf.com

Chosen
16
1
turkustan.az

2Sources