EN

Əsəd rejiminin işgəncələrlə öldürdüyü yüzlərlə cəsəd tapıldı – FOTO

Anadolu Agentliyi (AA) qrupları Suriyada devrilmiş və yüz minlərlə insana işgəncə verən Bəşər Əsəd rejimi tərəfindən son vaxtlar işgəncələrə məruz qalaraq öldürüldüyü anlaşılan insanların cəsədlərini tapıb.

Tribunainfo.az Anadolu xəbər agentliyinə istinadən bildirir ki, AA qrupları Sednaya həbsxanası və digər işgəncə mərkəzlərində vəhşiliyin izlərini araşdırıb və xəstəxanalarda öldürülən insanların izlərini təqib edib.

AA qrupu paytaxt Dəməşqin Harasta Hərbi Xəstəxanasına gedib və orada həbsxana kodlarına uyğun olaraq kəfənlərində rəqəmlər yazılmış, lakin adları olmayan cəsədlərə baxıb.

Bir otaqda üst-üstə yığılmış 30-40-a yaxın meyitin göyərmə və qançırlarla dolu olduğu qeyd edilib.

İşgəncələrə məruz qalaraq öldürüldükləri anlaşılan şəxslərin bu yaxınlarda xəstəxanaya yerləşdirildiyi təxmin edilir.

Xəstəxanaya araşdırma üçün gələn bəzi qruplar çürüməyə başlayan cəsədlərin vəziyyətini sənədləşdirərək qeyd edərək cəsədləri tanımağa hazırlaşır.

Əflatun

Chosen
42
tribunainfo.az

1Sources