Birləşmiş Ştatlar Bəşər Əsədin Suriya rejiminin iki keçmiş rəsmisini hərbi cinayətlərdə ittiham edən sənədin məxfiliyini ləğv edib. Bildirilir ki, təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilsə də, onlar azadlıqdadırlar.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin bəyanatında qeyd olunur.
Bildirilir ki, ittiham aktına İllinoys ştatının Şimal dairəsində baxılıb. Keçmiş kəşfiyyatçılar Suriyada vətəndaş müharibəsi zamanı ABŞ vətəndaşları da daxil olmaqla mülki məhbuslara qarşı qəddar və qeyri-insani rəftar etməkdə ittiham olunacaqlar.
"Onlar Dəməşq yaxınlığındakı Mezze Hava Limanı hərbi bazasındakı həbsxanada nəzarətləri altında olan məhbuslara qarşı, o cümlədən ABŞ vətəndaşları ilə qəddar və qeyri-insani rəftar edərək, hərbi cinayətlər törətmək üçün sui-qəsddə iştirak ediblər", - deyə vurğulanır.
Bildirilir ki, təqsirləndirilən şəxslər Suriya hərbi kəşfiyyatının keçmiş zabitləri 72 yaşlı Cəmil Həsən və 65 yaşlı Əbdül Salam Mahmuddur.