Azərbaycan klublarının Avropadakı mövqeləri bəlli olub.
İdman.biz xəbər verir ki, İFFHS-in bu gün açıqladığı dünya reytinqində yer alan 504 komandadan 285-i “Köhnə qitə”ni təmsil edir.
Onlardan dördü Azərbaycan klublarıdır. “Qarabağ” 177,5 xalla Avropanın 45-cisidir.
Qurban Qurbanovun komandası Avropa Liqasında uduzduğu “Tottenhem” və “Lion”u qabaqlayır. “Monako”, “Anderlext”, “Beşiktaş”, “Napoli”, “Betis”, “Leypsiq”, “Brest” və “Jirona” kimi komandalar da aşağı sıralardadır.
94,25 xalı olan “Zirə” 126-cı, 62,5 xala malik “Sabah” 237-ci sırada qərarlaşıb. Siyahıda debüt edən “Turan Tovuz” 53,75 xalla qitənin 284-cüsüdür.
Qeyd edək ki, dünya reytinqində “Qarabağ” 67-ci, “Zirə” 219-cu, “Sabah” 409, “Turan Tovuz” 496-cı yerdədir.
İdman.biz