EN

Türkiyədə işsizlik səviyyəsi cüzi artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə oktyabr ayında işsizlik mülayim artım göstərib.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) oktyabr ayı üzrə işçi qüvvəsi statistikasını açıqlayıb.

Məlumatlar göstərir ki, 15 və daha yuxarı yaşda olan işsizlərin sayı 2024-cü ilin oktyabr ayında əvvəlki ayla müqayisədə 61 min nəfər artaraq 3 milyon 175 min nəfərə çatıb. İşsizlik səviyyəsi 0,1 bənd artaraq 8,8 faizə yüksəlib. İşsizlik səviyyəsi kişilər üçün 6,9 faiz, qadınlar üçün isə 12,3 faiz müəyyən edilib.

Oktyabr ayında məşğul əhalinin sayı isə əvvəlki ayla müqayisədə 156 min nəfər artaraq 32 milyon 970 min nəfərə, məşğulluq səviyyəsi də 0,2 bənd artaraq 49,9 faizə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Chosen
7
banco.az

1Sources