EN

"Qolan əbədi olaraq İsrailin olacaq" - Netanyahu

İsrailin Baş naziri Benyamin Netanyahu Suriyada BƏƏS rejiminin devrilməsindən sonra beynəlxalq hüquqa görə Suriya ərazisi sayılan Qolan təpələri haqqında açıqlama verib.   Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. “Bu gün hər kəs Qolan kənarında deyil, Qolandakı varlığımızın nə qədər əhəmiyyətli olduğunu anlayır” , - Netanyahu bildirib. Onun sözlərinə görə, Əsəd rejiminin devrilməsi İsrailin Həmas, Hizbullah və İrana hücumlarının birbaşa nəticəsidir və Qolan təpələri əbədi olaraq İsrailin ayrılmaz hissəsi olacaq. Qeyd edək ki, İsrail ordusu Baş nazir Binyamin Netanyahu və müdafiə naziri Yisrael Katzın göstərişlərinə əsasən işğal altındakı Qolan təpələrindəki bufer zonasına daxil olub.  

 

Chosen
31
34
manset.az

10Sources