EN

47 hərbi təyyarə və 21 gəmi təhlükəli zonaya daxil olub

47

Dünyanın diqqətinin Suriyaya yönəldiyi bir vaxtda, Tayvan istiqamətində 47 hərbi təyyarə və 21 gəminin aktivliyi müşahidə edilib.

Reyting.az
xəbər verir ki, Tayvan Müdafiə Nazirliyinin sosial media platformasındakı məlumata görə, təyyarələr “Hava Hücumundan Müdafiə Tanıma Zonası (ADIZ)” olaraq elan edilən ərazinin cənub-qərb hissəsində aşkarlanıb.

Üstəlik, adanın ətrafında Çin donanmasına aid 12 döyüş gəmisi və 9 “rəsmi gəmi” də aşkar edilib.

Nazirlik dünənki məlumatında Çin Xalq Azadlıq Ordusunun Tayvan adasının əks sahilindəki Cijiang və Fujien əyalətlərinin şərqindəki 7 hava məkanını bağladığını və PLA-nın Şərq, Şimal və Cənub Cəbhəsindən dəniz ünsürlərinin olduğunu bildirib. Komandanlıqlar, sahil mühafizə gəmiləri ilə birlikdə Tayvan Boğazı ətrafında olub və onun Qərbi Sakit okeandakı sulara girdiyini təsbit edib.

Ehtimal olunur ki, hərbi fəaliyyət ada ətrafında təlimdən xəbər verə bilər. Çin Tayvan lideri Lai Çinq-tenin keçən həftə Sakit okeanın ada ölkələri olan Marşal adaları, Tuvalu və Palauya səfəri, ABŞ-nın Havay və Quam adalarında dayanaraq orada danışıqlar aparmasına reaksiya verib.

Xatırladaq ki, Çinin ərazisinin bir hissəsi olduğunu iddia etdiyi Tayvan 1949-cu ildən de-fakto müstəqillik əldə edib. Çin və Tayvan arasında vətəndaş müharibəsindən sonra ortaya çıxan ayrılma və suverenlik mübahisəsi davam edir. Son illərdə Tayvana hərbi təzyiqləri artıran Pekin administrasiyası, adanın materiklə birləşdirilməsi üçün lazım gələrsə, güc tətbiqini də istisna etmir.

ELÇİN
Chosen
42
1
reyting.az

2Sources