EN

“CPM-İnvest”in birja itkiləri 1 mlrd. manatı ötüb

“CPM-İnvest İnvestisiya Şirkəti”nin 2024-cü ilin yanvar-noyabr aylarında “Bakı Fond Birjası”da (BFB) apardığı əməliyyatların həcmi 2,3 mlrd. manat təşkil edib.

Valyuta.az xəbər verir ki, investisiya şirkətinin birja əməliyyatları son bir ildə  27% və ya 1,09 mlrd. manat azalıb. Belə ki, 2023-cü ilin ilk on bir ayında "CPM-İnvest”in  dövriyyəsi 4,06 mlrd. manat təşkil edib. 

Bu dövrdə əqdlərin sayı isə 3066-dan 3536-ya yüksəlib. Bir əqdin orta dəyəri isə 1,3 milyon manatdan 838,4 min manata enib. 

Qeyd edək ki, investisiya şirkətinin birja əməliyyatlarının 2,13 mlrd. manatı repo, 699,9 mln. manatı dövlət qiymətli kağızlarının, 109,6 mln. manatı Mərkəzi Bankın istiqrazlarının, 26,4 mln. manatı korporativ istiqrazların və 3,34 mln. manatı isə səhmlərin payına düşüb.

Xatırladaq ki, “CPM-Invest İ.Ş.” ASC 2022-ci ildən Mərkəzi Bankdan lisenziya əldə edib və 400 min manat nizamnamə kapitalı var. Onun səhmlərinin 100%-i Kəmalə Məmmədova adlı fiziki şəxsə aiddir.

Pünhan

Chosen
31
valyuta.az

1Sources