EN

Rusiyada 190 terror aktının qarşısı alınıb

Rusiya hüquq-mühafizə orqanları və xüsusi xidmət orqanları bu il ərzində 190 terror aktının qarşısını alıb.

"Cebheinfo.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Milli Antiterror Komitəsi (MAK) məlumat yayıb.

“Təhlükəsizlik bölmələrinin koordinasiyalı fəaliyyəti sayəsində planlaşdırılan 190 terror aktının qarşısı alınıb.

Ukrayna silahlı birləşmələri də daxil olmaqla, terrorizmi dəstəkləyən 6000-dən çox şəxsə məxsus hesablardakı 230 milyon rubldan (2,3 milyon dollar) çox vəsait bloklanıb.

Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşları 38 nəfəri zərərsizləşdirib, 1700-dən çox qanqster və onların əlbirlərini həbs edib”, - deyə idarənin məlumatında bildirilir.

Chosen
30
3
cebheinfo.az

4Sources