EN

Fiziki şəxslər torpaq icarə vergisindən niyə azad deyil?

Image

Kamran Məmmədli: “Vergi Məcəlləsinə ediləcək dəyişikliyə əsasən, hüquqi şəxslər torpaq icarəsinə görə  ƏDV-dən azaddır”

Məlum olduğu kimi, Vergi Məcəlləsinə ediləcək dəyişikliklərə görə, gələn il hüquqi şəxslər tərəfindən torpaq icarəsinə görə əldə edilən icarə haqqı ƏDV-dən azad olunacaq. Bu, sahibkarların xərcləri ilə yanaşı, torpaqların icarə qiymətinə də təsir göstərə bilər. 

Belə ki, torpaqlar üzrə icarə qiyməti müəyyənləşən zaman 18.0 faizlik vergi də nəzərə alınaraq tərəflər razılaşırdı. Bu vergini hüquqi şəxsin ödəməsinə baxmayaraq, tərəflər razılaşan zaman həmin xərc əksər hallarda qiymətdə nəzərə alınırdı.

Qeyd edildiyi kimi, hüquqi şəxslər torpaq icarəsinə görə ƏDV-dən azad olacaq. Maraqlıdır, fiziki şəxslərə bu qayda tətbiq olunacaqmı? 

“Fiziki şəxslər tərəfindən torpaqların icarəyə verilməsi qeyri-sahibkarlıq fəaliyyətindən gəlir hesab edildiyi üçün icarə haqqı ƏDV-yə cəlb edilmir”

Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, istənilən vergi güzəşti müsbət qarşılanmalıdır: “Vergi güzəşti biznesə müsbət təsir edir. Vergi Məcəlləsinə ediləcək dəyişikliyə əsasən hüquqi şəxslər torpaq icarəsinə görə  ƏDV-dən azaddır. Fiziki şəxslər tərəfindən torpaqların icarəyə verilməsi qeyri-sahibkarlıq fəaliyyətindən gəlir hesab edildiyi üçün icarə haqqı ƏDV-yə cəlb edilmir. Məlumdur ki, fiziki şəxslər tərəfindən torpaqların icarəyə verilməsi qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aiddir. Bu islahat sahibkarlar üçün vergi yükünü azaltmaq üçün edilib. Məlum dəyişiklik sayəsində sahibkarlar öz vəsaitlərinə qənaət edəcək, pullarını digər sahələrə yönəldəcək, bu da sahibkarlığın inkişafına səbəb olacaq. Bu dəyişiklik həm uçotun güclənməsinə, həm də sahibkarların dəstəklənməsinə xidmət edəcək”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviqi məqsədilə sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması istiqamətində bir sıra mühüm addımlar atılmaqdadır: “Məlumdur ki, gələn ildən bir sıra sahələrdə vergi güzəşti tətbiq olunacaq. Həmin sahələrdən torpağın icarəsinə görədir. Məlum yenilik sayəsində ölkəmizdə əkib-becərməyə, sahibkarlığa maraq artacaq”.

Günel CƏLİLOVA





Chosen
17
baki-xeber.com

1Sources