EN

İtburnu: dərdlərə dərman, ətirli və faydalı

Hələ qədim dövrlərdən insanlar itburnu bitkisini bir çox xəstəliklər zamanı dərman əvəzi kimi istifadə ediblər. Elə bu gün də itburnu bitkisinin müalicəvi xüsusiyyətləri haqqında məlumatlı olanlar apteklərə üş tutmağa tələsirlər. Çünki bu bitki bir çox dərdlərə dərmandır.

News24.az itburnunun faydalarından bəhs edir...

Öz zəngin tərkibinə görə itburnunun insan sağlamlığı üçün saymaqla bitməyən faydaları var. İtburnunun tərkibi A, B1, B2, P, K və C vitaminləri, zülal, minerallar, potasyum, sodium, maqnezium, kalsium və fosforla zəngindir.

Əvvəlcə itburnudan dəmlənmiş çayın faydalarına nəzər salaq:

1. İmmuniteti gücləndirir

2. İltihabi proseslərin qarşısını alır

3. Soyuqdəymə zamanı olduqca xeyirlidir

4. Sinir sistemini sakitləşdirir

İtburnu çayını hazırlamaq üçün iki qaşıq itburnu meyvəsini xırda hissələrə bölmək, üzərinə 250 qram qaynar su əlavə edərək 10 dəqiqə dəmdə saxlamaq lazımdır. İstifadə zamanı zövqə uyğun az miqdarda şəkər tozu, yaxud bal da əlavə etmək olar.

İtburnu bitkisindən arıqlamaq üçün də istifadə etmək olar. Bunun üçün 1 litr qaynar suya 3 xörək qaşığı itburnu meyvəsi əlavə etməli və 12 saat saxlanılmalıdır. İki həftə ərzində hər gün yeməkdən 30-40 dəqiqə qabaq bir stəkan içməklə istənilən nəticəni əldə etmək olar.

Hamilə qadınların itburnu bitkisinin çayından istifadə etmələri məsləhətdir. Gələcək analar bununla orqanizmlərinin müqavimətini gücləndirərək müxtəlif viruslardan özlərini qorumuş olarlar. Xanımlara gün ərzində 1-2 stəkan itburnu çayı yaxud dəmləməsi kifayətdir.

Böyrək xəstəliklərindən şikayətlənənlər üçün itburnu bitkisi olduqca faydalıdır. Böyrəklərin iltihabı zamanı 3 xörək qaşığı itburnu meyvəsi ilə 6 xörək qaşığı qarğıdalı saçağını yarım litr qaynar suda dəmləmək (qaynatmamaq şərtilə), 12 saat saxladıqdan sonra süzmək və 3 ay ərzində gündəlik olaraq yeməkdən qabaq 100 qram içmək lazımdır.

Xüsusilə qış fəsillərində itburnu bitkisindən müntəzəm istifadə etmək daha xeyirlidir. Bu ərəfədə orqanizmin vitaminlərə olan tələbatının bir qismini itburnu bitkisi ilə təmin etmək mümkündür.

Digər faydalı bitkilər kimi itburnudan da qədərində istifadə etmək lazımdır. Xüsusilə mədə xorası olan insanlar bu bitkidən məhdudiyyətlə istifadə etməlidirlər.\\modern


Chosen
59
news24.az

1Sources