EN

"Rusiya Belarusu işğal etməyib" - Lukaşenko ittihamlara cavab verdi

Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin Rusiyaya təslim edilməsinə dair ittihamlara cavab verib.

Teleqraf.com "Belta" agentliyinə istinadən xəbər verir ki, Lukaşenki ölkəsinin Rusiya tərəfindən işğal edilmədiyini deyib: “Çoxları bağırır ki, Rusiya Belarusu işğal edib. Burada heç kim heç kimi işğal etməyib. Bizə kömək etdiklərinə görə Rusiyaya təşəkkür edirəm. Rusiya “İsgəndər” əməliyyat-taktiki sistemlərini Belarusa verib. Bizim bir ortaq vətənimiz var".

Lukaşenko həmçinin bildirib ki, belaruslar müharibəyə göndərilməyəcək, çünki onlar öz ölkələrini müdafiə etməlidirlər.


Müəllif: Teleqraf.com
Chosen
21
teleqraf.com

1Sources