EN

Aİ liderləri dekabrın 19-da Suriyadakı vəziyyəti müzakirə edəcəklər

Avropa İttifaqının dövlət və hökumət başçıları dekabrın 19-da keçiriləcək ilin son sammitində Suriyada Bəşər Əsəd hakimiyyətinin bitməsindən sonra yaranmış vəziyyəti müzakirə edəcəklər.

Korrespondent.az xəbər verir ki, bu barədə Avropa Şurasının Prezidenti Antoniu Koşta “X” sosial şəbəkəsində bildirib.

“Suriya Avropa Şurasının dekabrın 19-da keçiriləcək sammitində müzakirə mövzusu olacaq”, - o yazıb.

Koşta vəziyyəti qiymətləndirmək üçün Yaxın Şərqdəki liderlərlə bu mövzuda sıx əlaqə saxladığını bildirib.

“İnsan hüquqlarına hörmət və azlıqların müdafiəsi, eləcə də ölkənin ərazi bütövlüyü Aİ üçün əsasdır”, - o əlavə edib.

Chosen
24
5
korrespondent.az

6Sources