EN

“Məktəbdə ayaqyolu yoxdur, partada 4-4 otururuq” – Şagirdlərin etirazı – VİDEO

Xırdalan şəhərindəki 2 saylı məktəbin şagirdləri təhsil aldıqları məktəbdə şərait olmamasından narazıdırlar.

NOCOMMENT.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə onlar sosial şəbəkədə video paylaşıblar.

Şagirdlər bildiriblər ki, siniflərdə partalar yoxdur, bir partada 3-4 şagird oturur:

“Biz 26 nəfərik, amma bir partada 3-3, bəzən isə 4-4 otururuq. İşıqlar yanmır, kitablar hamısı cırıqdır, hər şey pis vəziyyətdədir. Belə məktəb olmaz olsun”.

Məktəbin digər problemi isə sanitar qovşağın vəziyyəti ilə bağlıdır. Şagirdlərdən birinin sanitar qovşaqda yıxıldığı və başının zədələndiyini qeyd edilib:

“Keçən il bir uşaq ordan yıxıldı, başı partladı. Bəzən sanitar qovşaqlar ümumiyyətlə, bağlanır”.

Valideynlər də məktəbdəki vəziyyətdən şikayətçidirlər. Onların dediyinə görə, qızların tualetinə oğlanlar, oğlanların tualetinə isə qızlar daxil olur.

Onların iddiasına görə, məktəbdə Leyla adlı müəllim sanitar qovşağın olmamasına etiraz etdiyi üçün işdən azad edilib:

“Məktəbdə keyfiyyətli dərs deyən müəllim yoxdur. Onlar dərslərə kifayət qədər diqqət ayırmır. Buna baxmayaraq, məktəbdə fond pulu yığılır, lakin mövcud problemlər həll edilmir”.

Səslənən iddialarla bağlı Xırdalan şəhər 2 nömrəli məktəblə əlaqə saxladıq. Qəbul şöbəsinin adını açıqlamayan əməkdaşı yayılan videolarla bağlı şərh verə bilməyəcəklərini dedi və Abşeron-Xızı Regional Təhsil İdarəsinə müraciət etməyi tövsiyə etdi.

Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmadı.

 

 

 

Chosen
18
3
nocomment.az

4Sources