EN

İran geri çəkilir, Azərbaycan ilə razılaşacaq… – SƏBƏB

İran Cənubi Qafqaza itki verəcəyini hiss edərək, kompromisə hazırlaşır.

İranın İsraillə kölgə döyüşləri, HƏMAS, “Hizbullah” üzərindən verdiyi itkilər, Suriyada mövqeyinin sarsılması onun Cənubi Qafqazdakı “qırmızı xətli” ambisiyalarına da sarsıdıcı zərbələr vurur.

Çünki İranın regional təsirləri, ambisiyaları üçün formalaşdırdığı təhlükəsizlik zolaqları və proksi strukturlar indi ən aşağı vəziyyətdədir, belə olan halda, İran öz baxışlarını dar bir cəbhəyə fokuslayır.

İran daha uzunmüddətli perspektiv üçün Suriyada hakimiyyətin yenidən təşkilində iştiraka çalışacaq, yəqin ki, Livandakı “Hizbullah”a yardım rolu oynamış təchizat marşrutları ilə bağlı təminatlar qoparmağa həvəslənəcək.

Lakin bu, daha çətin görünür. Çünki İsrail Hələbi Dəməşqlə birləşdirən, Livan sərhədi boyunca uzanan şimal-cənub yolunda “Hizbullah”ın əsas təchizat yollarını pozmaq üçün nəzarəti ələ keçirir.

Beləliklə, İranın geosiyasi və regional riskləri onu “müttəfiqi” Rusiya ilə bərabər, rəqİbləri ilə də konsensus axtarışına sövq edir.

Rusiya Cənubi Qafqazda İranı dəstəkləyəcək mövqe nümayiş etdirmədiyindən Moskva Tehranı “Qafqaz güzəşti”nin qaçılmaz olduğuna inandırmağa məcburdur.

İran həm daxili siyasətdəki hekayələri, həm də regional və beynəlxalq siyasətdəki korlanan izlər səbəbindən məcburi şəkildə Cənubi Qafqazda Azərbaycanın strateji maraqları ilə barışmağı seçə bilər.

Bununla da İranın Qafanda açdığı konsulluq geosiyasi risklərdə sadəcə olaraq simvolikləşir və Tehranın Azərbaycanın Zəngəzur dəhlizi ilə əlaqədar prioritetlərinə qarşı gücü zəifləyir.

Beləliklə, İranın Cənubi Qafqazda əvvəlki illərdəki aktivliyi daha az əhatəli maraqlarla əvəzlənir.

Azərbaycan dəyişən geosiyasi mənzərədən istifadə edərək, strateji müttəfiqi Türkiyə ilə İranın zəifləmiş anını seçib maraqları naminə yeni reallıqlar yarada bilər…

Aqşin Kərimov,

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı

Chosen
42
5
medianews.az

6Sources