"Napoli"nin gürcüstanlı vingeri Xviça Kvaratsxeliya klubu ilə müqaviləsini uzatmağa yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı "Corriere dello Sport" yayıb.
Mənbənin məlumatına görə, İtaliya klubu müqavilənin uzadılması ilə bağlı aktiv danışıqları davam etdirir. Tərəflər arasında yeni müqavilə 2029-cu ilə qədər qüvvədə olacaq. anlaşmanın müddəti uzadılandan sonra Xviçanın maaşı da artacaq.
Tərəflərin yaxın iki həftə ərzində qarşılıqlı razılaşma əldə edəcəyi gözlənilir.
Kvaratsxeliya bu mövsüm bütün yarışlarda 17 matça çıxaraq 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
Mirağa