EN

Mahir Emreli rahat tətili fikirləşir: “Qazanmaq lazımdır"

"Rahat tətil keçirmək üçün bizə hələ də xallar qazanmaq lazımdır".

Sportinfo.az "Bild"ə istinadən xəbər verir ki, bunu "Nürnberq"də çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.

27 yaşlı hücumçu II Bundesliqada növbəti turların matçları barədə danışıb:

"Növbəti iki oyunda maksimum nəticə göstərməli, qələbələr qazanmalıyıq. Bunun üçün mübarizə aparmalıyıq".

"Nürnberq" dekabrın 15-də, XVI turda "Köln", dekabrın 21-də, XVII turda isə "Ayntraxt" (Braunşveyq) ilə üz-üzə gələcək.

II Bundesliqada mövsümün ikinci yarısı yanvarın 17-də başlayacaq.

Chosen
30
sportinfo.az

1Sources